“Red Bull”un 26 yaşlı pilotu Maks Ferstappen, həmyerlisi, məşhur niderlandlı futbol əfsanəsi Yohan Kroyfla bağlı xatirəsini paylaşıb.
Arena.az məlumat verir ki, Formula-1 üzrə üçqat dünya çempionu bu barədə “Mundo Deportivo” nəşrinə müsahibəsi zamanı söhbət açıb.
Ferstappen Kroyfla 2016-cı ilin martında Barselonada Formula-1-in mövsümöncəsi yoxlama yürüşləri zamanı görüşünü xatırlayıb. O, məşhur həmvətəninin, ölümündən bir neçə gün öncə ona verdiyi məsləhətələri açıqlayıb:
“Yohan mənim üçün həmişə ilham mənbəyi olub və mən onunla 2016-cı ildə şəxsən görüşmüşəm. Onsuz da o, ağır xəstə idi və bu, məni getdikcə daha da çox düşündürür. Kimsə artıq özünü yaxşı hiss etməyəndə və hələ də trekdə səninlə görüşməyə çalışanda… Bu, inanılmaz idi.
O, mənə dedi və mən bunu heç vaxt unutmayacağam: “Ola bilsin ki, fasilyə qədər 1:2 geridə ola bilərəm, amma yenə də bu yürüşü qazanmaq niyyətindəyəm”. O qədər nikbin idi və xəstəliyə qalib gələcəyini düşünürdü. Təəssüf ki, belə olmadı”, deyə Ferstappen xatırlayıb.
Xatırladaq ki, Ferstappenlə görüşdükdən bir neçə gün sonra, ağciyər xərçəngi ilə uzun müddət mübarizə aparmış Kroyf vəfat edib. Yohan Kroyf “uçan holland” ləqəbi ilə tanınır. Kroyf futbolçu ikən Niderland nəhəngi “Ayaks” və Kataloniya nəhəngi “Barselon”da oyunu, o cümlədən məşqçi kimi ortaya qoyduğu oyunla məşhurlaşıb.
Kroyf “Qızıl top”un ilk dəfə üçqat sahibi olub və futbol tarixinin ən yaxşı futbolçu və məşqçilərindən biri hesab edilir.