FFF prezidenti: “Zidan Fransa futbolunun abidəsidir, amma…”

Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filipp Diallo Zinəddin Zidanın Fransa yığmasını çalışdıra biləcəyi barədə sualı cavablayıb.

Arena.az “Sport.es” dərgisinə istinadən Diallonun bu barədə cavabını təqdim edir:

“Zidan Fransa futbolunun abidələrindən biridir. Ediləcək ilk şey fransızlar üçün etdiyi hər şeyə görə ona minnətdarlıq və təşəkkür bildirməkdir. Bununla belə, Fransa millisi üçün artıq 2026-cı ilə qədər vəzifəsində qalacaq ən yaxşı məşqçimiz var. Bu, hər şeyi deyir”, deyə FFF prezidenti mövqeyi bildirib.

Xatırladaq ki, Fransa yığmasını fransız mütəxəssis Didye Deşam çalışdırır.

Daha əvvəl mətbuatda, 52 yaşlı Zidanın adı Fransa yığmasından başqa, Marsel “Olimpik”i, eləcə də “Mançester Yunayted”lə hallanırdı. Fransalı mütəxəssisin sözügedən komandalardan birinin sükanı arxasına keçə biləcəyi deyilirdi. Zidan 2021-ci ilin yayında “Real”ı tərk edən bəri, işsizdir.

“Real” Zinədin Zidanın peşəkar məşqçilik karyerasında ilk komanda olub və fransalı mütəxəssis “Real”la tarixi uğurlara imza atıb. Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”ın baş məşqçisi çalışıb. Buna qədər fransalı mütəxəssisin məşqçilik işində heç bir komanda ilə təcrübəsi olmayıb. Zinədin yalnız Madrid təmsilçisinin alt komandaları sistemində qısa müddət çalışıb. Zidanın məşqçilik debütü çox uğurlu olub.

Fransalı mütəxəssis “Real”da ilk mövsümündəcə (2015/2016) UEFA Çempionar Liqasının qalibi olub. Ardınca Zidan bu uğurunu daha iki dəfə təkrarlamağı bacarıb (2016/2017, 2017/2018). Beləliklə, Zidan Çempionlar Liqasının tarixində rekorda imza atıb. Zidana qədər heç kimə ardıcıl nəinki üç, hətta iki dəfə eyni komanda ilə Çempionlar Liqasını qazanmaq müyəssər olmayıb. Zidan “Real”la həmçinin hər biri ikiqat olmaqla İspaniya La Liqasını (2016/2017, 2019/2020), İspaniya Super Kubokunu (2017, 2019/2020), UEFA Super Kubokunu (2016, 2017) və FIFA Klub Dünya Kubokunu (2016, 2017) qazanıb.