Beynəlxalq Şahmat Federasiyası (FIDE) cinsini kişidən qadına dəyişən şahmatçıların qadın turnirlərində iştirakını qadağan edib.
Arena.az bu barədə FIDE-ni rəsmi saytına istinadən məlumat verir.
Eyni zamanda, cinsini dəyişmiş şahmatçılar açıq turnirlərdə çıxış edə biləcəklər və bütün titulları qüvvədə qalacaq. Əgər şahmatçı cinsini qadından kişiyə dəyişərsə, o zaman qadın turnirlərinin titulları saxlanılmayacaq. Onlar yalnız əks cinsi dəyişikliyə görə qaytarıla bilər.
Qurumun rəsmi saytında problemlə əlaqədar məlumatda deyilir:
“Belə qərarlar əlavə təhlilə əsaslanmalı və FIDE Şurası tərəfindən mümkün qədər tez, amma iki ildən çox olmayan müddətdə qəbul edilməlidir”.
Reytinq və cinsini dəyişdirərkən oyunçunun aldığı bütün sanksiyalar dəyişməz olaraq qalır.
Yeni qaydalar avqustun 21-dən qüvvəyə minəcək və iki il çəkə biləcək növbəti bildirişə qədər qüvvədə olacaq.
Xatırladaq ki, bu günlərdə Bakıda şahmat üzrə Dünya Kuboku keçirilir.