FIDE reytinq ballarının hesablanması sistemini dəyişir

Beynəlxalq Şahmat Federasiyası öz rəsmi saytında FIDE-nin Reytinq Reqlamentinə dəyişiklik edilməsi ilə bağlı təklifləri dərc edib.

Arena.az məlumat verir ki, əsas yeniliklərdən biri 2000 baldan az toplamış oyunçuların reytinqində birdəfəlik dəyişiklik ola bilər.

Onlar üçün reytinq (0,40) x (2000 – cari reytinq) düsturu ilə hesablanacaq. Standart reytinqi 2000 və ya daha yüksək olan oyunçular cari xallarını saxlayacaqlar.

Həmçinin, reytinqin deflyasiyası ilə mübarizə məqsədilə onun minimum dəyərinin 1000-dən 1400-ə qaldırılması təklif edilir. Digər dəyişikliklər başlanğıc reytinqinin hesablanması üsuluna və məğlubiyyət zamanı itirilmiş reytinqin həcmini daha zəif rəqibə məhdudlaşdıran 400 bal qaydasının bərpasına aiddir.

Dəyişiklikləri müzakirə etmək üçün ictimai məsləhətləşmə 2023-cü ilin martında başlayıb. Dəyişikliklərin FIDE Şurası tərəfindən 2023-cü il dekabrın 14-də təsdiqlənəcəyi təqdirdə, 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi planlaşdırılır.