Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 2023-cü ilin ən yaxşı məşqçisi mükafatına namizədlərin adlarını açıqlayıb.
Arena.az məlumat verir ki, namizədlər siyahısında ispan mütəxəssis Xosep Qvardiola (“Mançester Siti”) və italyan mütəxəssislər – Simone İnzaqi (“İnter”) və Luçano Spaletti (“Napoli”) yer alıb.
Xatırladaq ki, Qvardiola ötən mövsüm “Mançester Siti”yə üç turnirdə – Çempionlar Liqası, İngiltərə Premyer Liqası və İngiltərə Kubokunda qələbə qazandırmışdı. İnzaqi “İnter”lə İtaliya Kubokunu qazanıb və “neradzurri”ni Çempionlar Liqasının finalına çıxarıb. Spalletti isə “Napoliyə son 33 ildə ilk skudettosunu qazandərəb. Daha sonra 64 yaşlı Spalletti AÇ-2024-ün seçmə mərhələsində İtaliya yığmasını qəbul edərək, “skuadra adzurra”nı turnirin final mərhələsinə çıxarıb.
Mükafatın qalibi yanvarın 15-də keçiriləcək “The Best” mükafatlandırma mərasimində elan ediləcək.
Xatırladaq ki, ötən il DÇ-2022-də Argentina yığmasına FIFA Dünya Kubokunu qazandırmış argentinalı mütəxəssis Lionel Skaloni ilin məşqçisi seçilib.