FIFA-dan Rusiya və Ukraynadakı legionerlərlə bağlı mühüm qərar

FIFA futbol üzrə Rusiya və Ukrayna çempionatlarında transfer bazarına təsir edəcək vacib qərarını açıqlayıb. Arena.az xəbər verir ki, bu qətiyyətli qərar klublarla oyunçular arasında maliyyə anlaşılmazlığını çözəcək həll kimi təqdim edilib.

FIFA qaydalara baxış keçirərək konkret halları tənzimləyən maddələri açıqlayıb. 2022-ci ilin martından Rusiya və Ukrayna münasibətlərinin məlum səbəblərdən pozulması nəticəsində bu ölkələrin çempionatlarında çıxış edən legionerlərin ölkədən sərbəst getməsi müşahidə edilir. Klubu tərk edən legionerlər – futbolçular və məşqçilər klubları ilə müqaviləni sərbəst surətdə dondura bilirdilər. Bu, faktiki olaraq adıçəkilən ölkələri klublarına heç bir transfer ödənişi etmədən, qarşılıqlı təzminat şərtlərini yerinə yetirmədən tərk etməklə müşahidə edilirdi. Bir çox klublar legionerlərin bu addımını soyğunçuluq adlandırırlar. Donetsk “Şaxtyor”u hətta müvafiq məsələ ilə bağlı məhkəmə çəkişməsi ilə üzləşmişdi.

Yeni qaydalar isə bu şərtləri müəyyən edib:

  • Rusiya və Ukrayna çempionatlarında qalmış oyunçular daha müqaviləsini dondura bilməyəcəklər. Ölkədən getməsi müqabilində onlar üçün ödəniş edilməli və ya icarə rəsmiləşdirilməlidir;
  • Yuxarıdakı şərt həmçinin son ildə Rusiya və Ukrayna çempionatlarına yeni gəlmiş (və ya geri dönmüş) futbolçulara şamil edilir. Onlar birtərəfli qaydada gedə bilməzlər;
  • Əvvəlki köhnə qaydalar isə yalnız Rusiya və Ukraynanı tərk etmiş və geri dönmək istəyində olamyan futbolçulara aiddir. Ancaq bu halda onlar klublarına 1 İyul 2023-cü il tarixinə qədər məktubla müraciət etməlidirlər və yalnız bu şərtlə 30 İyun 2024-cü il tarixinə qədər geri dönməyə bilərlər.
  • Müqaviləsini 2024-cü ilin İyun ayına qədər qanuni surətdə dondurmuş futbolçular üçün məhdudiyyət müəyyən edilib: onlar tamhüquqlu transfer və ya icarə rəsmiləşdirə bilməzlər (hətta pul qarşılığında belə). Yəni müqavilənin dondurulması müddətinin bitməsini gözləməli və yalnız sonra Rusiya və ya Ukrayna klubları ilə razılıq əldə etməlidirlər. Həmçinin onlar Rusiya və Ukraynanın digər klubları ilə müqavilə bağlaya bilməzlər.