Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının dekabr ayı üçün açıqlanmış FIFA reytinqindəki mövqeyi müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektivin mövqeyində dəyişiklik olmayıb. Yığmamız hazırda 1312,6 xalla 75-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, FIFA-nın bu il üçün açıqladığı sonuncu reytinq siyahısına 2087,55 xalla ABŞ yığması başçılıq edir.