FIFA 2025-ci ildə keçiriləcək FIFA Klub Dünya Kubokunda iştirak edəcək komandaların qismən siyahısını açıqlayıb.
Arena.az xatırladır ki, yarış yenilənmiş tərtibat üzrə keçiriləcək.
Yarışda 7 klub əvəzinə 32 komanda iştirak edəcək. Hazırda yeni tərtibat üzrə keçiriləcək ilk yarışda iştirak edəcək 19 klub məlumdur.
FIFA Klub Dünya Kuboku 2025 iştirakçılarının qismən siyahısını təqdim edirik:
“Çelsi” (İngiltərə) – Çempionlar Liqasının qalibi – 2020/2021;
“Real” (İspaniya) – Çempionlar Liqasının qalibi – 2021/2022;
“Mançester Siti” (İngiltərə) – Çempionlar Liqasının qalibi – 2022/2023;
“Bayern” (Almaniya) – UEFA reytinqinə uyğun olaraq;
PSJ (Fransa) – UEFA reytinqinə uyğun olaraq;
“İnter” (İtaliya) – UEFA reytinqinə uyğun olaraq;
“Portu” (Portuqaliya) – UEFA reytinqinə uyğun olaraq;
“Benfika” (Portuqaliya) – UEFA reytinqinə uyğun olaraq;
“Palmeyras” (Braziliya) – Libertadores Kubokunun qalibi – 2021;
“Flamenqo” (Braziliya) – Libertadores Kubokunun qalibi – 2022;
“Fluminense” (Braziliya) – Libertadores Kubokunun qalibi – 2023;
“Əl-Əhli” (Misir) – Afrika Çempionlar Liqasının qalibi – 2020/2021 və 2022/2023;
“Vidad” (Mərakeş) – Afrika Çempionlar Liqasının qalibi – 2021/2022;
“Əl-Hilal” (Səudiyyə Ərəbistanı) – Asiya Çempionlar Liqasının qalibi – 2021;
“Urava Red Daymonds” (Yaponiya) – Asiya Çempionlar Liqasının qalibi – 2022;
“Monterrey” (Meksika) – CONCACAF Kubokunun qalibi – 2021;
“Sietl Saunders” (ABŞ) – CONCACAF Kubokunun qalibi – 2022;
“Leon” (Meksika) – CONCACAF Kubokunun qalibi – 2023;
“Oklend Siti” (Yeni Zelandiya) – OFC reytinqinə uyğun olaraq.
Daha 13 iştirakçı komanda isə daha sonra açıqlanacaq.