FIFA mavi vərəqənin tətbiqi ilə bağlı şayiələrə münasibət bildirdi

FIFA futbolda mavi vərəqənin tətbiqi ilə bağlı gündəmə çevrilmiş şayiələrə özünün rəsmi münasibətini açıqlayıb.

Arena.az xatırladır ki, daha əvvəl futbolda mavi vərəqə tətbiq ediləcəyi barədə xəbərlər yayılmışdı.

Qəsdən qayda pozuntusuna yol vermiş və ya oyun rəsmisi ilə razılaşmayan oyunçunun 10 dəqiqə müddətinə meydandan kənarlaşdırılacağı ilə bağlı məlumatlar var idi.

Lakin ali futbol qurumunun mətbuat xidmətinin rəsmi bəyanatında bu xəbərlər təkzib olunub:

“FIFA aydınlaşdırmaq istəyir ki, futbolun yüksək səviyyəsində mavi vərəqə deyilən xəbərlər yanlışdır və vaxtından əvvəldir. İstənilən belə sınaq, əgər həyata keçirilərsə, daha aşağı səviyyələrdə məsul sınaqlarla məhdudlaşmalıdır. FIFA, bu gündəm məsələsi martın 2-də IFAB-ın ümumi yığıncağında müzakirə ediləcəyi zaman bunu təkrar etmək niyyətindədir”, –