FİFA-nın prezidenti Canni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb.
Arena.az xəbər verir ki, İnfantino Abdullayevə ünvanladığı məktubla “Neftçi” klubunun Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümünün qalibi olması münasibətilə təbrikini və xoş sözlərini bu işdə əməyi olan hər kəsə çatdırılmasını xahiş edib.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. İnfantinonun ünvanladığı məktubun mətni də təqdim olunub.
Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün qalibi olub.
