FIFA Tonalinin cəzasını təsdiqlədi – qərar dərhal qüvvəyə minir

FIFA “Nyukasl”ın italiyan yarımmüdafiəçisi Sandro Tonalinin qanunsuz mərc qoyluşları müqabilində aldığı 10 aylıq cəzanı ratifikasiya edib.

Arena.az “The Athletic” dərgisinə istinadən məlumat verir ki, FIFA-nın müvafiq qərarı dərhal qüvvəyə minir.

Xatırladaq ki, dünən, oktyabrın 26-da İtaliya Futbol Federasiyası (FIGC) məhkəmənin müvafiq hökmü əsasında Sandro Tonalini qanunsuz mərc qoyuluşlarında təqsiri sübuta yetirilməklə futboldan 10 ay müddətinə kənarlaşdırıb.

Daha əvvəl “Yuventus”un futbolçusu Nikolo Facoli qanunsuz mərc qoyuluşları üzrə işdə adı hallanmış ilk futbolçu olub. Məhkəmə Facolini təqsirini sübuta yetirərək, futbolçunun özünün bu işdə əlaqədar orqanlarla əməkdaşlığını nəzərə almaq şərtilə, Sandroya yüngül cəza – 7 aylıq müddətə futboldan kənarlaşdırma hökmünü oxuyub.

Sandro cari ilin iyulunda “Milan”dan “Nyukasl”a özü də istəmədən transfer edilib. Tonalinin özü karyerasını “Milan”a həsr etmək arzusunda olsa da, İtaliya klubu onun transferində israrlı olub. “Nyukasl” italyan “dayaqçı” ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Tonali “sağsağanlar”ın heyətində 12 oyun keçirib, 1 qol vurub.

Sandro Tonali 2019-cu ilin oktyabrında debüt etdiyi İtaliya yığmasının heəytində 15 oyun keçirib, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı Tonalini 60 milyon avro məbləğində qiymətləndirir.