FIFA transfer qadağası ilə bağlı yeni platforma yaratdı

FIFA transfer qaydalarına əməl etməyən, buna görə oyunçuları qeydiyyatdan keçirə bilməyən klubları izləmək üçün platdorma yaradıb.

Arena.az məlumat verir ki, bu barədə dünyanın ən ali futbol qurumu rəsmi saytı vasitəsilə məlumat yayıb.

İndi beynəlxalq transfer qaydalarına əməl etməyən klubları real vaxt rejimində elan edəcək platforma fəaliyyətdə olacaq. FIFA-nın saytındakı bəyanatda bunlar qeyd olunub:

“Şəffaflığı təşviq etmək və FIFA-nın məhkəmə orqanlarının fəaliyyətinin tam şəkildə açıqlanmasını təmin etmək üçün davam edən səylərinə uyğun olaraq, təşkilat yeni oyunçuların qeydiyyata alınması qadağan edilən klubları siyahıya alan rəqəmsal aləti işə salıb.

Bu yeni alətin əsas məqsədi maraqlı tərəflərə, o cümlədən oyunçulara və klublara, eləcə də geniş ictimaiyyətə hazırda yeni oyunçuların qeydiyyata alınması qadağan edilmiş bütün klublar haqqında ümumi məlumat verməkdir”.