FIFPro 2024-cü ildə Afrikanın rəmzi komandası açıqlandı

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2024-cü ildə Afrikanın rəmzi komandasını açıqlayıb.

Arena.az müvafiq rəmzi komandanın heyətini təqdim edir:

Qapıçı: Andre Onana (Kamerun, “Mançester Yunayted”);

Müdafiəçilər: Şansel Mbemba (Konqo Demokratik Respublikası, “Olimpik”, Marsel), Kalidu Kulibali (Seneqal, “Əl-Hilal”), Əşrəf Hakimi (Mərakeş, PSJ);

Yarımmüdafiəçilər: Frank Kessye (Kot-d’İvuar, “Əl-Əhli”), Sofyan Amrabat (Mərakeş, “Fənərbaxça”), Məhəmməd Kudus (Qana, “Vest Hem”), İv Bissuma (Kot-d’İvuar, “Tottenhem”;

Hücumçular: Ademola Lukman (Nigeriya, “Atalanta”), Viktor Osimhen (Nigeriya, “Qalatasaray”), Məhəmməd Salah (Misir, “Liverpul”).