“FIFPro World 11” təltifi əsasında tərtib edilmiş, 2024-cü ilin rəmzi komandasının heyəti futbol ictimaiyyətinə açıqlanıb.
Arena.az məlumat verir ki, ənənəci olaraq futbolçular arasında sorğunun nəticələri əsasında müəyyənləşdirilmiş ilk 11-lik 26 namizəd arasından seçilib.
“FIFPro World 11” təltifi üzrə 2024-cü ilin rəmzi komandasını təqdim edirik:
Qapıçı: Ederson Moraes (Braziliya, “Mançester Siti”);
Müdafiəçilər: Daniel Karvaxal (İspaniya, “Real”), Vircil van Deyk (Niderland, “Liverpul”), Antonio Rüdiger (Almaniya, “Real”);
Yarımmüdafiəçilər: Cud Bellingem (İngiltərə, “Real”), Toni Kroos (Almaniya, futbolçu karyerasına xitam verib/”Real”), Rodri (İspaniya, “Mançester Siti”), Kevin De Bröyne (Belçika, “Mançester Siti”);
Hücumçular: Erlinq Haland (Norveç, “Mançester Siti”), Kilian Mbappe (Fransa, “Real”), Vinisius Junior (Braziliya, “Real”).
Xatırladaq ki, “FIFPro World 11” təltifi 2005-ci ildə təsis edilib və həmkarları tərəfindən səsvermə nəticəsində ən yaxşı futbolçulara təqdim. Argentinalı ulduz hücumçu Lionel Messi “FIFPro” rəmzi komandasında ən çox – 17 dəfə yer almış futbolçudur. Portuqal ulduz hücumçu Kristiano Ronaldo isə müvafiq rəmzi komandada 15 dəfə yer alıb.


