Filip Marşal “Aston Villa” ilə yeni müqaviləyə imza atdı

İngiltərənin “Aston Villa” klubu polyakəsilli ingiltərəli qapıçısı Filip Marşal ilə müqaviləsinin müddətini uzadıb.

Arena.az bu barədə Premyer Liqa klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Hazırda 2-ci Liqa klubu “Kryu Aleksandra”da icarə əsasında çıxış edən qolkiperlə müqavilənin detalları açıqlanmayıb. Qapıçının Premyer Liqa klubu ilə əvvəlki müqaviləsinin müddəti 2027-ci ilin 30 iyununa qədər idi.

Xatırladaq ki, Filip Marşal Premyer Liqa təmsilçisinin öz yetirməsidir. O, “Aston Villa”nın əsas komandasının heyətində cəmi 1 oyun keçirib, 1 qol buraxıb.

Gənc qapıçı daha öncə “Qeytshed”, “Milton Kins Dons” kimi klublarda da icarə təcrübəsi var. O, bu ilin iyul ayında qoşulduğu “Kryu Aleksandra”nın heyətində cari mövümdə 25 oyuna çıxarıb, 25 qol buraxıb, 9 görüşdə qapısını toxunulmaz saxlayıb.

Filip Marşal İngiltərənin U-16, U-18 yığmalarına, həmçinin Polşanın U-19 yığmasına dəvət alsa da, meydana çıxmayıb. İngiltərənin U-19 yığmasında isə Marşal 2 oyun keçirib, 4 qol “yeyib”.

“Transfermarkt” internet-portalı 21 yaşlı polyakəsilli ingiltərəli qapıçının transfer dəyərini 800 min avro məbləğində qiymətləndirir.