Filip Ozobiçi Sumqayıtda polis saxladı

“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç Azərbaycan Premyer Liqasında 16-cı turun “Sumqayıt”la səfər oyunundan sonra insidentlə üzləşib.

Arena.az xəbər verir ki, xorvat yarımmüdafiəçi şəxsi avtomobili ilə matçın keçirildiyi “Sumqayıt Arena”nın ərazisini tərk edərkən yol hərəkəti qaydalarını pozub.

Nəticədə Yol Patrul Xidmətinin əməkdaşları 30 yaşlı oyunçunun maşınını saxlayıblar.

Avtomobildən enən Ozobiç əl işarəsi ilə kürəyini göstərərək, “Qarabağ”ın futbolçusu olduğunu izah etməyə çalışıb. Futbolçunun cərimələnib-cərimələnmədiyi dəqiq bilinmir.

Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” oyunu qolsuz heç-heçə ilə başa çatıb.