Filipe Kandido – “Sumqayıt”da 4-cü, Premyer Liqada 71-ci!

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün ilk turu Filipe Kandido üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, “Sumqayıt”a bu yay baş məşqçi təyin edilmiş mütəxəssis bu komandanı mövsümün açılış turunda “Neftçi” ilə ev matçına çıxarıb.

Portuqaliyalı mütəxəssisin komandası 1:3 hesabı ilə məğlub olub. O, ölkə çempionatları tarixinə yüksək dəstədə baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən 71-ci əcnəbi mütəxəssis olub.

Filipe Kandido Premyer Liqada 2-ci portuqaliyalıdır. Ona qədər Jorje Kaşkilya ötən mövsümdə “İmişli”yə rəhbərlik edib.

Kandido “Sumqayıt”ın 4-cü legioner baş məşqçisidir. Cari mövsümə qədər Bernard Raab, Aleksey Baqa və Saşa İliç də “Gənclik şəhəri” təmsilçisinə rəhbərlik ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: