Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə” braziliyalı hücumçusu Filipe Paxtmann ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Xatırladaq ki, “Zirə” braziliyalı forvardı 2021-ci ilin yanvarında Ukraynanın “Lvov” klubundan icarəyə götürmüşdü. Sonradan klub onun transfer hüquqlarını da almağa qərar vermişdi. Baxmayaraq ki, gənc futbolçu elə həmin dövrlərdə aldığı ağır zədə səbəbindən uzun müddət bu komandaya kömək edə bilməyib. Onun “Zirə”dən vaxtından öncə göndərilməsinə də məhz zədəli olması səbəb olub.
Paxtmann “Zirə”nin heyətində bütövlükdə 23 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub.