Finalçılar bəlli oldu

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 4-cü mərhələsində finalçıların adına aydınlıq gəlib.

Arena.az xəbər verir ki, “Magnus Carlsen Invitational” adlanan yarışın finalında rusiyalı Yan Nepomnyaşi ilə Niderland təmsilçisi Aniş Giri üz-üzə gələcək.

Həlledici görüşlər martın 20-si və 21-də keçiriləcək.

Qeyd edək ki, Nepomnyaşi yarımfinalda turnirin təşkilatçısı – Norveç təmsilçisi Maqnus Karlseni üstələyibsə, Aniş Giri də ABŞ təmsilçisi Uesli Soya qalib gəlib.

Yarımfinal

Maqnus Karlsen (Norveç) – Yan Nepomnyaşi (Rusiya) – 2,5:1,5 (tay brek – 0,5:1,5)
İlk görüş – 1,5:2,5

Aniş Giri (Niderland) – Uesli So (ABŞ) – 2,5:1,5
İlk görüş – 2,5:1,5

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq.

Bu mərhələdə Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov mübarizəni təsnifatdaca dayandırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: