Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2022/2023 mövsümünün 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Arena.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.
Əvvəlcə “Gent” Belçikada İngiltərə təmsilçisi “Feyenoord”u qəbul edib. Tərəflər ilk oyundan heç-heçə ilə ayrılıblar.
Belçikanın digər təmsilçisi “Anderlext” Niderlandın “Alkmaar” komandası ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.
Dörd qolun qeydə alındığı İsveçrə “Bazel”i ilə Fransa “Nitsa”sı arasındakı gərgin görüşdə qalib müəyyənləşməyib.
Polşanın “Lex” komandası isə evdə İtaliyanın “Fiorentina” kollektivi ilə üz-üzə gəlib. A Seriyası təmsilçisi səfərdə darmadağına imza atıb.
Xatırladaq ki, Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin cavab qarşılaşmaları aprelin 20-də keçiriləcək.
Konfrans Liqasının yarımfinal mərhələsinin ilk görüşləri 11 mayda, cavab görüşləri 18 mayda baş tutacaq. Turnirin həlledici görüşü isə iyunun 7-də Çexiyanın Praqa şəhərindəki “Fortuna Arena”da təşkil olunacaq.
Avropa Konfrans Liqası
1/4 finalın ilk oyunları
13 aprel
Gent (Belçika) – Vest Hem (İngiltərə) 1:1
Qol: Kuypers, 57 – İnqs, 45+3.
Anderlext (Belçika) – Alkmaar (Niderland) 2:0
Qol: Murilyo, 22. Aşimeru, 70.
Bazel (İsveçrə) – Nitsa (Fransa) 2:2
Qol: Amduni, 26; 71 – Moffi, 38; 45+1.
Lex (Polşa) – Fiorentina (İtaliya) 1:4
Qol: Velde, 20 – Kabral, 4. N.Qonsales, 41. Bonaventura, 58. İkone, 63.


