“Fiorentina” evdə, “Torino” səfərdə qələbə qazandı

Futbol üzrə İtaliya A Seriyasında 23-cü tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında “Fiorentina” doğma meydanda “Spetsiya”nı qəbul edib və darmadağına sevinib.

“Torino” isə “Kalyari” səfərinə yollanıb və minimal hesabla qalib gəlib.

İtaliya A Seriyası
23-cü tur
19 fevral

Fiorentina – Spetsiya 3:0
Qol: Vlahoviç, 48. Kastrovilli, 64. Eysserik, 82.

Kalyari – Torino 0:1
Qol: Bremer, 76.

20 fevral

18:00 Latsio – Sampdoriya
21:00 Cenoa – Verona
23:45 Sassuolo – Bolonya

21 fevral

15:30 Parma – Udineze
18:00 Milan – İnter
21:00 Atalanta – Napoli
23:45 Benevento – Roma

22 fevral

23:45 Yuventus – Krotone