İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi Fransanın “Lill” klubunun yarımmüdafiəçisi Jonatan İkoneni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Fiorentina” 23 yaşlı hücumameylli yarımmüdafiəçi üçün Fransa klubuna 14 milyon avro ödəyib. Futbolçu yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Jonathan İkone 2018-ci ildə PSJ-dən 5 milyon avroya “Lill”ə transfer edilmişdi. Konqo əsilli fransalı futbolçu bu mövsüm “Lill”in heyətində 25 matça çıxıb, 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub. O, Fransa yığmasında 4 matça çıxıb, 1 qol vurub.
Fransalı futbolçu PSJ-də çıxış edərkən “Monpelye”də də icarədə oynayıb.


