“Fiorentina” azarkeşləri Avropa Konfrans Liqasının final oyunu ərəfəsində “Vest Hem” azarkeşlərinin istirahət etdiyi bara hücum çəkiblər.
Arena.az xəbər verir ki, Çexiyanın paytaxtı Praqada xuliqan azarkeşlər arasında atışma da baş verib.
Qarşıdurma nəticəsində bara və ətraf obyektlərə, avtomobillərə ziyan dəyib.
Məhz Praqada Avropanın üçüncü ən böyük klub turnirinin həlledici oyunu baş tutacaq. Hadisə nəticəsində xəsarət alanların sayı hələ açıqlanmayıb. Hadisə polis nəzarətinə götürülüb, əraziya xüsusi asayişə nəzarət bölmələri cəlb edilib. “Bənövşələr”in “çəkicdöyənlər”ə hücumunun səbəbləri və hadisənin təfərrüatı araşdırılır.
Xatırladaq ki, Avropa Konfrans Liqasının 2022/2023 mövsümünün final oyunu bu gün keçiriləcək. Oyun Praqanın “Sinobo” stadionunda baş tutacaq. Matça Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
Vurğulayaq ki, “Fiorentina” və “Vest Hem” indiyədək qarşılaşmayıblar.