“Fiorentina”dan İtaliya kubokunda inamlı qələbə

Futbol üzrə İtaliya kubokunda 2022/2023 mövsümünün yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

Sürpriz nəticələrlə yarımfinala qədər irəliləmiş “Kremoneze” bu dəfə “Fiorentina” ilə qarşılaşıb. Lakin Florensiya təmsilçisi bu komandanı səfərdə 2 cavabsız qolla məğlub etməklə növbəti sürprizə imkan verməyib. Bu komandaların cavab qarşılaşması aprelin 27-də məhz Florensiyada olacaq. Bu üzdən “Kremoneze”nin finala yüksəlməsi xeyli çətin görünür.

Xatırladaq ki, İtaliya kubokunda yarımfinalın digər görüşü “Yuventus”la “İnter” arasında baş tutub. Turindəki ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb. Bu komandalar arasındakı cavab görüşü də aprelin 26-da Milanda keçiriləcək.

İtaliya kuboku
Yarımfinalın ilk oyunları
4 aprel

Yuventus – İnter 1:1
Qol: Kuadrado, 83 – Lukaku, 90+5-pen.

5 aprel

Kremoneze – Fiorentina 0:2
Qol: Kabral, 20. N.Qonsales, 75-pen.

Xəbəri sosial şəbəkələrdə paylaş: