“Fiorentina”nın baş məşqçisi: “Uşaqları məhv etdilər”

Fiorentina”nın baş məşqçisi Vinçentso İtalyano Avropa Konfrans Liqasının finalında “Vest Hem”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:

“Biz çox və çox yaxşı oynayaraq iki finalda məğlub olduq. Çox heyif. Düzünü desəm, bunun belə bitəcəyini düşünməzdim. Yaxşı oynadıq, imkanlarımız vardı, buraxılmış penaltidən sonra hesabı tez bərabərləşdirdik, bizi bu da sındıra bilərdi. Buraxılan qola düzgün reaksiya verdik, Mandraqoranın əla fürsəti vardı. Amma sonda müdafiədə səhvə yol verdik və hər şey bitdi. Uşaqları məhv etdilər.

Bu oyunda komandamızın çox taraz olduğunu düşünürəm. Finalı necə oynamaq gərəkdirsə, elə də oynadıq: azacıq risk etdik, topa nəzarət edirdik. Qaçılabiləcək qol bizim üçün cəza oldu. Ancaq biz əsl komanda kimi oynadıq.

Biz daha az risk etmək istəyirdik. Səbrlə oynayıb qalib gələcəyimizi bilirdik, fəqət belə uduzacağımızı gözləmirdik. Çox təəssüf edirəm. Meydanın mərkəzində təkbətək mübarizə zamanı müdafiəçilər geri dönərkən metr üstünlüyünə malik olmalıdırlar. Biz bunu 90 dəqiqə ərzində bacardıq. Bu çətin deyil, amma bunu pis icra edəndə kuboku itirirsən”.

Xatırladaq ki, oyunda həlledici qolu 90-cı dəqiqədə “Vest Hem”in braziliyalı yarımmüdafiəçisi Lukas Paketanın zərgər dəqiqliyi ilə verdiyi ötürmədən sonra qapıçı ilə təkbətək çıxan vinger Carrod Bouen vurub.

Vurğulayaq ki, “Fiorentina” İtaliya kubokunun final oyununda da “İnter”ə məğlub olmuşdu – 1:2.