Fişəng partlayışından özünə gəlmiş qapıçı hadisə barədə danışdı

“Klermon”un seneqallı qapıçısı Mori Dio Liqa 1-də “Monpelye” ilə oyunda fişəng partlaması nəticəsində huşunu itirdiyi hadisədən danışıb.

Arena.az məlumat verir ki, Dio bu barədə özünün “Instagram” hesabında yazıb:

“Bu hadisələrdən sonra söz tapmaq çətindir…

Aldığım çoxsaylı ismarışlardan sonra, xüsusilə sizləri sakitləşdimək istəyirəm. Mən yaxşıyam və bu səhər aparılmış sınaqlar mənə ölkəmin rənglərini qorumaq üçün təsnifatda iştirak etməyə imkan verir.

Məruz qaldığım hücumdan son dərəcə sarsılmışam. Mən meydanda qorxmaq üçün futbol oynamıram. Bu işlə ona görə məşğul oluram ki, futbol oynamağı dünyada hər şeydən çox sevirəm. Stadionda bu cür davranışa yer yoxdur”, – Dio yazıb.

Xatırladaq ki, “Monpelye” – “Klermon” oyunun təzminat dəqiqələrində “Monpelye” azarkeşinin meydana atdığı fişəng qapıçı Mori Dioya tuş gələrək partlamış və qapıçı huşunu itirərək yerə sərilmişdi. Təcili surətdə təxliyə edilmiş qapıçının səhhəti hazırda göründüyü kimi, sabitdir.

Dio PSJ-nin yetirməsidir və “Klermon”a 2022-ci ilin iyulunda “Lozanna-Sport”dan azad agent qismində keçib. Tərəflər arasında müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə var.

Cari mövsümdə Dio “Klermon”un heyətində 7 oyunda 12 qol “yeyib”, 1 oyundan qapısını qoldan qoruya bilib.

Dio 2023-cü ilin iyununda Seneqal yığmasının heyətində debüt edib 2 qol buraxıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı Mori Dionu 2 milyon avro məbləğində qiymətləndirir.