FIS Rusiyanı yenə qapı arxasında saxladı

Beynəlxalq Xizək İdmanı Federasiyası (FIS) rusiyalı idmançıların turnirlərdən kənarlaşdırılması haqda qadağanı qüvvədə saxlayıb.

Arena.az xəbər verir ki, mayın 24-də Beynəlxalq Xizək İdmanı Federasiyasının müvafiq şurası rusiyalı və belarusiyalı idmançıların beynəlxalq yarışlarda iştirakını qadağan edən müvafiq qanunun müddətini uzadıb.

Bu haqda məlumat təşkilatın mətbuat hesabatında qeyd edilib. Bəyanat FIS-in qurultayı ərəfəsində açıqlanıb. Müvafiq qərar əvvəlki qərar kimi, Ukraynadakı məlum vəziyyətlə əlaqədardır.

“FIS-in qüvvədə olan siyasəti rusiyalı və belarusiyalı idmançıların, həmçinin rəsmi şəxlərin təşkilatın bayrağı altında keçirilən yarışlarda iştirakına imkan vermir. Kənarlaşdırma növbəti bildirişə qədər qüvvədə qalır”, rəsmi bəyənatda deyilir.