Flik “Atletiko” ilə oyunda qələbəni əldən verməsini əsaslandırdı

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya Kral Kubokunun yarımfinalında Madrid “Atletiko”su ilə ilk oyunu şərh edib.

Arena.az məlumat verir ki, 0:2 hesabından geri-dönüş etmiş “blauqrana” 4:2 hesablı üstünlük yaxalasa da, sonda qələbəni əldən verərək, 4:4 hesablı heç-heçə ilə barışıb.

Flik matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Mən, iki qol buraxdıqdan sonra necə çıxış etdiyimizi xüsusilə nəzərə alaraq, oyunun nəticəsindən məyusam… Biz çoxlu imkanlar yaratdıq. Oyunun sonunda biz öz qapımız önündə rəqibə çoxlu fürsətlər yaratdıq. Rəqibimiz həqiqətən qüvvətli idi. Bizim, qələbə üçün əla imkanlarımız vardı. Bir qədər sonra biz buraxdığımız qolların səbəblərini komanda ilə müzakirə edəcəyik. Mən inanıram ki, biz, bu gün buraxdığımız səhvlərdən dərs ala biləcəyik. Komandamızın tərəqqi üçün imkanı var və mən ümidvaram ki, gələcəkdə biz bunu nümayiş etdirəcəyik” – “Marca” nəşri alman mütəxəssisdən sitat gətirir.

Komandalar arasında cavab oyunu aprel ayının 2-də Madriddə baş tutacaq.

Xəbəri istədiklərinizlə paylaşın