“Barsleona”nın baş məşqçisi Hans-Diter Flik “blauqrana”nın İspaniya La Liqasında zirvəni yenidən ələ keçirməsini şərh edib.
Arena.az məlumat verir ki, “Barselona” La Liqanın “Rayo Valyekano” ilə 24-cü tur ev oyununda 1:0 hesablı qələbə sayəsində La Liqanın liderliyinə yüksəlib.
Flik matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Biz xoşbəxtik, biz La Liqanın zirvəsindəyik. Bu, həm komanda və həm də azarkeşlər üçün çox vacibdir. Mən, sona qədər mübarizə aparacağımızı demişdim və biz bunu edirik. “Rayo” ardıcıl doqquz oyunda məğlub olmamışdı, odur ki, bugünkü qələbə – böyük uğurdur. Biz yaxşı oynadıq, amma daha da yaxşı oynaya bilərik”, – “Barça Universal” dərgisi alman mütəxəssisdən sitat gətirir.
Əlavə edək ki, “Barselona” 51 xalla yarış cədvəlinə başçılıq etsə də, bu, şərikli liderlikdir, belə ki, “blauqrana”nın əzəli rəqibi “Real” da eyni miqadarda xal toplayıb və 2-ci pillədə qərarlaşıb. İlk üçlüyü 50 xalla Madrid “Atletiko”su tamamlayır. “Rayo Valyekano” isə 35 xalla 6-cı pillədədir.