“Barselona”nın baş məşqçisi Hansi Flik “Bayern”lə Çempionlar Liqasının 3-cü turunun oyunu ərəfəsində jurnalistlərin suallarını cavablayıb.
Arena.az məlumat verir ki, alman mütəxəssisə ünvanlanmış suallardan biri, bu oyunun “Barselona” üçün bir intiqam məqamı olub-olmaması ilə bağlı sual olub.
Xatırladaq ki, 2019/2020-ci illər mövsümündə Hansi Flikin çalışdırdığı “Bayern” Çempionlar Liqasının 1/4 finalında “Barselona”nın 8:2 hesabı ilə darmadağın etmişdi. “Bayern” həmçinin həmin mövsümün qalibi olmuşdu.
Flik müvafiq sualı belə cavablayıb:
“Keçmiş burada və indi baş verənlərdən ucada dayanmır. Keçmişdə baş vermişləri dəyişə bilmərik, amma sabah olacaqlara isə təsir edə bilərik. Bizim, yaxşı hazırlaşıb meydanda yüz faiz can qoymaq istəyimiz var. Biz “Bayern”ə qalib gəlmək istəyirik”, – AS dərgisi Flikdən sitat gətirir.
Xatırladaq ki, “Barselona” – “Bayern” oyunu bu gün, oktyabrın 23-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə 23:00-da başladacaq.


