Florentino Peres koronavirusa qalib gəldi

İspaniyanın “Real” klubunun prezidenti Florentino Peres koronavirusdan sağalıb.

Arena.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

73 yaşlı futbol funksionerinin sonuncu COVİD-19 testinin nəticəsi mənfi olub.

Xatırladaq ki, Florentino Peresin koronavirusa yoluxduğu fevralın 2-də açıqlanmışdı.