Florian Virts məhsuldar ötürmələr üzrə liderdir

Leverkuzen “Bayer”inin alman hücumameylli yarımmüdafiəçisi Florian Virts məhsuldar ötürmələrin sayı üzrə böyük futbol beşliyinin lideridir.

Arena.az bu barədə “Opta” statistik internet-portalına istinadən məlumat verir.

Virts cari mövsümdə mövsümdə Avropanın böyük futbol beşliyi ölkələrinin milli çempionatların futbolçuları arasında bütün turnirlərdə məhsuldar ötürmələrin sayı üzrə liderdir.

20 yaşlı futbolçu cari mövsümün ilk yarısı ərzində 15 məhsuldar ötürmə verməyi bacarıb.

Virts müvafiq göstəricidə “Bayern”in almaniyalı vingeri Leroy Saneni və “Arsenal”ın ingiltərəli vingeri Bukayo Sakanı qabaqlayır (hər biri 12 məhsuldar ötürmə).

Məhsuldar ötürmələrin sayı üzrə ilk beşliyə həmçinin “Liverpul”dan uruqvaylı mərkəz hücumçusu Darvin Nunyes və “Brayton”dan alman mərkəz yarımmüdafiəçisi Paskal Qross daxildir (hər biri 11 məhsuldar ötürmə).

Virts “Bayer”in əsas komandasında 2020-ci ilin iyul ayından çıxış edir. Buna qədər gənc yarımmüdafiəçi “Brauvayler”, “Köln” və “Bayer”in yeniyetmələrdən və gənclərdən ibarət komandalarında çıxış edib. Virtsin Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsemdə Virts “əczaçılar”ın heyətində bütün yarışlarda 28 oyuna çıxıb, 8 qol vurub, qeyd etdiyimiz kimi, 15 məhsuldar ötürmə verib. Ümumilikdə Frorian “əczaçılar”ın heyətində 131 oyun keçirib, 31 qol vurub, 45 məhsuldar ötürmə müəllifi olub.

Florian Virts 2021-ci ilin sentyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 14 oyuna çıxıb, 4 məhsuldar ötürmə verib. Florian Almaniyanın U-21 yığması ilə 2021-ci il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 20 yaşlı alman hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Virts Avropa nəhənglərinin diqqət mərkəzindədir.