Florian Virts və Camal Musiala dost imişlər…

“Bayer”in yarımmüdafiəçisi Florian Virts “Bayern”də çıxış edən həmyerlisi, yarımmüdafiəçi Camal Musiala ilə münasibətindən danışıb.

Arena.az xatırladır ki, hər iki gənc futbolçu hücumameylli yarımmüdafiəçi mövqeyində çıxış edir.

“Bizim həqiqətən yaxşı əlaqəmiz var və çox yaxşı anlaşırıq – hətta meydandan kənarda da. Oyunların miqdarına görə biz tez-tez şəxsən görüşə bilmirik, amma biz daha tez-tez telefonla danışırıq və oyunumuzu necə təkmilləşdirə biləcəyimiz barədə ismarış mübadiləsi aparırıq.

Biz oxşar oyunçularıq, bu, doğrudur. Amma mən bunu bir üstünlük kimi görürəm. Biz birlikdə çox yaxşı oynaya bilərik. Bənzərliyimizə səbəbindən rəqib üçün çətin törəyir”, – “Bayern & Germany dərgisi Virtsdən sitat gətirir.

Xatırladaq ki, martın 24-də Lionda Almaniya yığmasının Fransa yığmasını 2:0 hesabı ilə məğlub etdiyi oyunda Virts məhz Musialanın ötürməsini qola çevirmişdi.