“Foca” azarkeşləri rəqib stadionunu odladılar – Video

İtaliyanın “Foca” futbol klubunun azarkeşləri C Seriyasının digər təmsilçisi “Taranto” komandasının ev stadionunu yandırıblar.

Arena.az bu barədə “Sky Sports”a istinadən məlumat verir.

C Seriyası çərçivəsində keçirilmiş “Foca” – “Taranto” oyunundan sonra qonaq komandanın azarkeşlərinin yer aldığı sektorda yanğın çıxıb. Yanğının səbəblərindən biri kimi, plastik materialı alovlandırmış tüstü bombası göstərilir. Əraziyə dərhal yanğınsöndürənlər briqadası, tibbi yardım cəlb edilib, polis hadisəni nəzarətə götürüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

“Foca”nın mətbuat xidməti səlahiyyətli orqanlarla əməkdaşlığa hazır olduğunu dərhal bəyan edib. Hazırda davam edən istintaq təqsirkarları müəyyən etməyə imkan verəcək.

Yanğının söndürülməsindən sonra keçirilmiş baxış nəticəsində stadion tamamilə istifadəyə yararsız elan edilib. Hazırda komandanın məşq edə biləcəyi yer belə, yoxdur. Cari mövsümdə “Taranto” növbəti ev oyununu sentyabrın 18-də “Messina”ya qarşı keçirməlidir.

“Taranto” və “Foca” komandaları arasında sentyabrın 3-də baş tutmuş görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbəri istədiklərinizlə paylaşın