“Mançester Siti”nin 24 yaşlı ingilis sağ cinah hücumçusu Filip Foden “şəhərlilər”in son vaxtlar yaşadığı uğursuz dövrü şərh edib.
Arena.az “TNT Sports” dərgisinə istinadən, ingilis futbolçunun müvafiq qənaətini təqdim edir:
“Mən cari mövsümdəki çətinlikləri bir sıra səbəblərlə izah edərdim. Aydındır, bizim çoxlu zədəlilərimiz vardı, bizim, ötən il qazandıqlarımızın hamısı orqanizm üçün ağır sınaq idi. Əbədi olaraq zirvədə qalmaq olmaz, həyatda bəzən eniş-yoxuş da olur.
Çox az xüsusu dəyişmək gərəkdir. Sadəcə məşqçiyə inanmaq, oyunçuları formada saxlamaq gərəkdir, çünki bizim çoxlu zədəlilərimiz olub. Komanda ruhunu, ilham mənbəyini qoruyub-saxlamaq lazımdır, çünku bu, uğurumuzu yenidən təkrar etməyə cəhd etmək üçün gərəkdir. Həmçinin gözəl şərait yaratmaq lazımdır – mən hesab edirəm ki, bu, bizim etməli olduqlarımızın hamsıdır, biz isə qayıda biləcəyik”, deyə Foden əminliklə vurğulayıb.
Xatırladaq ki, “Mançester Siti” ispan mütəxəssis Xosep Qvardiolanın rəhbərliyi altında ən zəif dövrünü yaşayır. “Şəhərlilər” Çempionlar Liqasının növbəti mövsümünə vəsiqə qazanmaq məqsədilə, İngiltərə Premyer Liqasının ilk dördlyünə düşmək uğrunda mübarizə aparırlar. 30 oyndan 51 xal toplamış “Mançester Siti” Premyer Liqanın yarış cədvəlinin 5-ci piləsində qərarlaşıb. “Şəhərlilər”i 4-cü pillədə qəaralaşmış “Çelsi”dən (52 xal) 1 xal ayırır.
Həmçinin “Mançester Siti” İngiltərə Kubokunun yarımfinalına vəsiqə qazanıb və burada “Nottingem Forest”lə qarşılaşacaq.
İngiltərə Liqa Kuboku və Çempionlar Liqasında isə “şəhərlilər” mübarizəyə xitam veriblər.