Fonseka “Milan”ın yeni mövsümə iddiasını ortaya qoydu

“Milan”ın yeni baş məşqçisi Paulo Fonseka “rossoneri”nin 2024/2025-ci illər mövsümünə müəyyənləşdirdiyi hədəfini açıqlayıb.

Arena.az jurnalist Nikolo Skiraya istinadən məlumat verir ki, portuqal mütəxəssis bu barədə mövsümöncəsi hazırlıq məqsədilə “Barselona”ya qarşı keçirilmiş yoldaşlıq oyununda “blauqrana” üzərində qələbədən (2:2, penaltilərlə 4:3) sonra danışıb:

“Milan”ın yeni mövsümdə məqsədi – skudettonu qazanmaqdır”, deyə Fonseka qısaca vurğulayıb.

Xatırladaq ki, geridə qalımış 2023/2024-cü illər mövsümündə “Milan” İtaliya A Seriyasını 75 xalla 2-ci pillədə tamamlayaraq, gümüş medala qane olub. Skudettonu isə “Milan”ın əzəli rəqibi “İnter” qazanıb. “Neradzurri” 94 xalla yarışı zirvədə tamamlayıb.