Fonseka “Montsa” üzərində qələbəni şərh etdi

“Milan”ın baş məşqçisi Paulu Fonseka İtaliya A Seriyasının “Montsa” ilə 11-ci tur səfər oyununda 1:0 hesablı qələbəni şərh edib.

Arena.az “Football Italia” nəşrinə istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Hər oyun mənim üçün böyük əhəmiyyət kəsb edir və mən “Real”la qarşıdakı oyunun bugünkündən daha vacib olduğunu düşünmürəm. Qələbə qazanmalı idik, amma burada oynamaq həmişə çətindir. “Milan” ötən mövsüm bu stadionda məğlub olmuşdu, amma bu gün qələbə qazana bildik və həm də yaxşı çıxış etdik.

Birinci hissədə narahat idim, çünki komanda kifayət qədər aqressiv deyildi və mütəmadi olaraq, təkbətək mübarizələri uduzurdu, amma ikinci hissədə “Montsa” üçün heç bir fürsət olduğunu xatırlamıram. Fasilədə düzəlişlər etdik, ondan sonra isə oyun xeyli dəyişdi”, deyə Fonseka bildirib.

“Milan”ın yarımmüdafiəçisi Ticani Reynders də “Monta” üzərində qələbəni şərh edib. Oyunda yeganə qolun müəllifi olmuş niderlandlı futbolçunun bu barədə fikrini təqdim edirik:

“Montsa” müdafiədə fərdi qəyyumluqla, təkbətəkə oynadı və bu, çətin oyun oldu. Amma bu, vacib qələbədir. Qolla bağlı isə azacıq bəxtim gətirdi – gərəkli anda gərəkli yerdə idim. Üç xal qazandıq və biz eyni ruhda da davam etməliyik”.

10 oyundan sonra “Milan” 17 xalla İtaliya A Seriyasının yarış cədvəlində 7-ci pillədə qərarlaşıb. “Montsa” isə 11 oyundan 8 xalla 17-ci pillədədir. A Seriyasına 11 oyundan 25 xalla “Napoli” başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: