Fonseka “Real” üzərində qələbədən danışdı

“Milan”ın baş məşqçisi Paulo Fonseka Çempionlar Liqasının Liqa mərhələsində “Real” üzərində gözlənilməz qələbəni şərh edib.

Arena.az xatırladır ki, “rossoneri” ÇL-in Liqa mərhələsinin 4-cü turu çərçivəsində “Santyaqo Bernabeu”da “qaymaqlılar” üzərində 3:1 hesablı qələbə qazanıb.

“Biz, meydana çıxmaqdan çəkinməyən futbolçularımızın cəsarəti sayəsində qalib gəldik. Əvvəlcədən hazırlaşmışdıq, topa nəzarət etməyi planlaşdırmışdıq. Birinci hissədə vacib üstünlüyü əldə edə bildik. İkinci hissədə isə vəziyyət çətinləşsə də, birlikdə bunun öhdəsindən gəldik.

Qələbəmiz təkcə vurulmuş üç qol sayəsində deyil, həm də oyunun keyfiyyətinə görə layiqli idi. Avropa yarışlarında təşəbbüskarlığı və topa nəzarəti saxlamaq vacibdir. Bu gün biz İtaliya klublarının müdafiədən daha çoxuna qadir olduğunu nümayiş etdirdik. Bizə tərəqqi üçün səy göstərməyə davam etmək vacibdir”, – Fonseka matçdan sonra təşkil olunmuş mətbuat konfransında bildirib.

4 turdan sonra “Milan” 6 xalla UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlinə 18-ci pillədə qərarlaşıb. “Real” isə 6 xalla 17-ci sıradadır.