“Milan”ın baş məşqçisi Paulo Fonseka İtaliya A Seriyasının 5-ci turu çərçivəsində “İnter”ə qarşı keçirdikləri səfər oyununu şərh edib.
Arena.az xəbər verir ki, portuqal mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu, əsl derbi idi. “Milan” uzun müddətdir ki, qalib gəlmirdi və əlbəttə, formamızı qorumaq üçün bunu etməyimiz vacib idi. Düşünürəm ki, futbolçular özlərini çox cəsarətlə göstərdilər və biz layiqincə qalib gəldik. Artıq çoxdamdır ki, “İnter”ə bu qədər fəsad yarada biləcək bir komanda görmürdüm”, deyə Fonseka razılıqla bildirib.
“İnter”in baş məşqçisi Simone İnzaqi isə derbidə “Milan”a ev məğlubiyyətinə belə aydınlıq gətirib:
“Milan” əlbəttə ki, yaxşı komandadır. Onlar bu axşam bizdən daha yaxşı oynadılar və qələbəyə layiq idilər. Biz hər bir xüsusa yanlış surətdə yanaşdıq, bütöv komanda deyildik – bu, nadir hallarda olur. Hər iki hissəyə də yanaşmalı olduğumuz münasibətlə başlamadıq, bəzi dəyişiklikləri isə etməyə çalışdım, amma bunun faydası olmadı”, deyə İnzaqi “İnter”in derbidə ev məğlubiyyətindən sonra jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, bu qələbə sayəsində “Milan” xal ehtiyatını 8-ə çatdırıb və eyni miqdarda xal toplamış əzəli rəqibi “İnter”i yarış cədvəlində haqlayıb. İndi “Milan” İtaliya A Seriyasının yarış cədvəlində 6-cı, “İnter” isə 7-ci pillədə qərarlaşıb.
İtaliya A Seriyasına 5 turdan sonra 11 xal toplamış “Torino” başçılıq edir.