Məşhur “Forbes” jurnalı ənənəvi olaraq, dünyanın ən bahalı futbol klublarının siyahısını hazırlayıb və dərc edib.
Arena.az məlumat verir ki, klublar idman bazarındakı infrastrukturu, tərkibi və kommersiya statusuna görə qiymətləndiriliblər.
Mütəxəssislərin hesablamalarına görə, 1-ci pilləni 5 milyard 490 milyon avro məbləğində qiymətləndirilən İspaniya nəhəngi “Real” turur. 2-ci yerdə isə “Mançester Yunayted” qərarlaşıb. “Qırmızı şeytanlar”ın düşərgəsində xeyli müddətdir hökm sürən gerçək böhrana rəğmən, İngiltərə nəhənginin dəyəri hələ də yüksəkdir – 5 milyard 427 milyon avro məbləğ “Real”dan azacıq əskikdir. İlk üçlüyü 4 milyard 984 milyon avro məbləğində qiymətləndirilən “Barselona” qapayır.
Ən bahalı futbol klublarının ilk onluğunu təqdim edirik:
- “Real” – 5,5 milyard avro;
- “Mançester Yunayted” – 5,4 milyard avro;
- “Barselona” – 4,9 milyard avro;
- “Liverpul” – 4,7 milyard avro;
- “Mançester Siti” – 4,5 milyard avro;
- “Bayern” – 4,3 milyard avro;
- PSJ – 3,8 milyard avro;
- “Çelsi” – 2,8 milyard avro;
- “Tottenhem” – 2,5 milyard avro;
- “Arsenal” – 2,4 milyard avro.
Vurğulayaq ki, ilk onluqda yer almış klubların əksəriyyəti İngiltərə Premyer Liqasını təmsil etdiyi halda, çox maraqlıdır ki, İtaliya A Seriyasından heç bir klub ənənəvi siyahıya düşə bilməyib. Mütəxəssislər bu məqamı İtaliya futbolunun əksər sahələrində baş alıb gedən xaosla əlaqələndirirlər ki, bu da klubların istər idmani, istərsə də maddi tərəqqisinə zərbə vurur.