Məşhur “Forbes” jurnalı öz versiyası üzrə hazırda dünyanın ən bahalı futbol klublarının siyahısını açıqlayıb.
Arena.az xəbər verir ki, siyahıya “Real” başçılıq edir.
“Kral klubu” 6.07 milyard dollar məbləğində qiymətləndirilir. İkinci pillədə “Mançester Yunayted” qərar tutub (6 milyard dollar). İlk üçlüyü “Barselona” qapayır (5.51 milyard dollar).
İlk beşlikdə “Liverpul” (5.29 milyard dollar) və “Mançester Siti” (4.99 milyard dollar) yer alıblar.
Almaniya və Fransa nəhəngləri – “Bayern” (4.86 milyard dollar) və PSJ (4.21 milyard dollar) müvafiq olaraq 6-7-ci pillələri bölüşdürürlər. Onluğu isə İngiltərə Premyer Liqasından olan London təmsilçiləri – “Çelsi” (3.1 milyard dollar), “Tottenhem” (2.8 milyard dollar) və “Arsenal” (2.26 milyard dollar) qapayırlar.
“Forbes”in açıqladığı reytinq siyahısında bütövlükdə 30 klub yer alıb:
1. Real (İspaniya) – 6.07 milyard
2. Mançester Yunayted (İngiltərə) – 6 milyard
3. Barselona (İspaniya) – 5.51 milyard
4. Liverpul (İngiltərə) – 5.29 milyard
5. Mançester Siti (İngiltərə) – 4.99 milyard
6. Bayern (Almaniya) – 4.86 milyard
7. PSJ (Fransa) – 4.21 milyard
8. Çelsi (İngiltərə) – 3.1 milyard
9. Tottenhem (İngiltərə) – 2.8 milyard
10. Arsenal (İngiltərə) – 2.26 milyard
11. Yuventus (İtaliya) – 2.16 milyard
12. Borussiya (Dortmund, Almaniya) – 1.93 milyard
13. Atletiko (Madrid, İspaniya) – 1.54 milyard
14. Milan (İtaliya) 1.4 milyard
15. Vest Hem (İngiltərə) – 1.08 milyard
16. İnter (İtaliya) – 1.03 milyard
17. Los-Anceles (ABŞ) – 1 milyard
18. Los-Anceles Qalaksi (ABŞ) – 925 milyon
19. Atlanta Yunayted (ABŞ) – 850 milyon
20. Kristal Palas (İngilətər) – 806 milyon
21. Nyu York Siti (ABŞ) – 800 milyon
22. Nyukasl (İngiltərə) – 794 milyon
23. Lester Siti (İngiltərə) – 781 milyon
24. Aston Villa (İngiltərə) – 756 milyon
25. Everton (İngiltərə) – 744 milyon
26. Olimpik (Lion, Fransa) – 734 milyon
27. Roma (İtaliya) – 724 milyon
28. DS Yunayted (ABŞ) – 700 milyon
29. Toronto (ABŞ) – 690 milyon
30. Austin (ABŞ) – 680 milyon