“Forbes” dünyanın ən yüksək ödənişli 10 idmançısını açıqladı

Nüfuzlu “Forbes” nəşri ənənəvi olaraq, dünyanın ən yüksək ödənişli 10 idmançısından ibarət siyahını açıqlayıb.

Arena.az məlumat verir ki, siyahının zirvəsində Portuqaliya yığmasının və “Əl-Nəsr”in ulduz hücumçusu Kristiano Ronaldo qərarlaşıb.

Ronaldo 2024-cü ildə dünyanın ən yüksək ödənişli idmançısıdır.

“Forbes” jurnalına görə dünyanın ən yüksək ödənişi idmançılarının onluğunu təqdim edirik:

  1. Kristiano Ronaldo (futbol, 39 yaş), 260 milyon dollar;
  2. Con Ram (qolf, 29), 218 milyon dollar;
  3. Lionel Messi (futbol, 36 yaş), 135 milyon dollar;
  4. Lebron Ceyms (basketbol, 39 yaş), 128,2 milyon dollar;
  5. Yannis Adetokunbo (basketbol, 29 yaş), 111 milyon dollar;
  6. Kilian Mbappe (futbol, 25 yaş), 110 milyon dollar;
  7. Neymar (futbol, 32), 108 milyon dollar;
  8. Kərim Benzema (futbol, 36 yaş), 106 milyon dollar;
  9. Stefan Karri (basketbol, 36 yaş), 102 milyon dollar;
  10. Lamar Cekson (amerikan futbolu, 27), 100,5 milyon dollar.

Vurğulanır ki, tarixdə ilk dəfə olaraq illik “Forbes”in siyahısında yer almış 10 idman ulduzunun hər biri 100 milyon dollardan çox gəlirə sahibdir. Ümumilikdə isə bu, 1,38 milyard dollar məbləğində müvafiq rekorddur.