Formula 1: 2022-ci ilin təqvimi açıqlandı

2022-ci ildə keçiriləcək Formula 1 üzrə dünya çempionatının təqvimi açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Siyahıda Azərbaycan qran-prisinin də hansı tarixdə keçiriləcəyi açıqlanıb. Bakıdakı yarış 10-12 iyunda təşkil olunacaq.

Formula 1 üzrə növbəti dünya çempionatına 2022-ci ilin 20 martında Bəhreyndə start veriləcək. Mövsümə noyabrın 20-də Əbu-Dabidə yekun vurulacaq.