Formula 1: Çində Oskar Piastri zəfər yaşadı

Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti mərhələsi – 2-ci qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, yeni mövsümün ikinci qran-prisi Şanxay şəhərində təşkil olunub.

Çin qran-prisi “Maklaren”in pilotu Oskar Piastrinin qələbəsiylə yekunlaşıb. Avstraliyalı 23 yaşlı pilot 56 dövrəlik yarışı ilk sırada bitirib. Bu, onun cari mövsümdə ilk, karyerası ərzində 3-ci qələbəsidir.

Cari mövsümün ilk qran-prisinin qalibi olmuş “Maklaren”in digər pilotu Lando Norris isə bu dəfə son dövrədə əyləc probleminə baxmayaraq, ikinciliyini qorumağı bacarıb. İlk üçlükdə son pillə Corc Rasselə (“Mersedes”) qismət olub.

Son 4 ilin çempionu Maks Ferstappen (“Red Bull”) sona 5 dövrə qalmış Şarl Lekleri (“Ferrari”) keçməklə 4-cü yeri tutub.

Bu mərhələdən sonra Lando Norris 44 xalla liderdir. Maks Ferstappen 36 xalla ikinci pillədə qərarlaşıb. 3-cü yerdə gedən Rasselin 35, ardınca qərarlaşan Oskar Piastrinin isə 34 xalı var. Komandaların çempionatında “Maklaren” 78 xalla birincidir.

Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti – 3-cü qran-prisi Yaponiyada keçiriləcək. Suzuka şəhərində baş tutacaq bu yarış aprelin 6-da təşkil olunacaq.

Dünya çempionatı, 2025

Pilotların yarışında turnir cədvəli:

  1. Lando Norris (Maklaren) – 44
  2. Maks Ferstappen (Red Bull) – 36
  3. Corc Rassell (Mersedes) – 35
  4. Oskar Piastri (Maklaren) – 34
  5. Kimi Antonelli (Mersedes) – 18
  6. Şarl Lekler (Ferrari) – 18
  7. Luis Hamilton (Ferrari) – 17
  8. Aleksander Albon (Uilyams) – 12
  9. Lens Stroll (Aston Martin) – 8
  10. Esteban Okon (Haas) – 6
  11. Niko Hulkenberq (Zauber) – 6
  12. Yuki Tsunoda (Rasinq Bulls) – 3
  13. Oliver Berman (Haas) – 1
  14. Pyer Qasli (Alpin) – 0
  15. Karlos Sayns (Uilyams) – 0
  16. İsaak Hacar (Rasinq Bulls) – 0
  17. Liam Louson (Red Bull) – 0
  18. Cek Duen (Alpin) – 0
  19. Qabriel Bartoleto (Zauber) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Maklaren – 78
  2. Mersedes – 53
  3. Red Bull – 36
  4. Ferrari – 35
  5. Uilyams – 12
  6. Aston Martin – 8
  7. Haas – 7
  8. Zauber – 6
  9. Rasinq Bulls – 3
  10. Alpin – 0
Xəbəri istədiklərinizlə paylaşın