Bu gün Formula 1 üzrə dünya çempionatında 2024-cü il mövsümünün növbəti mərhələsi – 5-ci qran-prisi baş tutub.
Arena.az xəbər verir ki, budəfəki qran-pri Çində təşkil olunub.
Şanxay şəhərində keçirilən yarışda ötən mövsümün çempionu, “Red Bull”un üzvü Maks Ferstappen qələbə qazanıb. Niderlanddan olan 26 yaşlı pilot 56 dövrəlik yarışı 1:40:52.554 göstərici ilə ilk sırada bitirib. Bu, onun cari mövsümdə 4-cü, karyerasında isə 58-ci qələbəsidir.
İkinci yeri “Maklaren”in sürücüsü Lando Norris tutub. Ferstappenin komanda yoldaşı Serxio Peres isə bu dəfə üçüncü yerlə kifayətlənib.
Beləliklə, 5 turdan sonra 110 xala malik Maks Ferstappen vahid liderdir. Serxio Peres 85 xalla 2-ci sırada qərarlaşıb. Şarl Lekler (“Ferrari”) 76 xalla üçüncüdür.
Mühəndislər Kubokunda da “Red Bull” 195 xalla vahid liderdir. “Ferrari” 151 xalla ikinci, “Maklaren” 96 xalla üçüncüdür.
Formula 1 üzrə dünya çempionatında 2024 mövsümünün növbəti – 6-cı qran-prisi Amerika Birləşmiş Ştatlarında keçiriləcək. Sözügedən yarış mayın 5-də Florida ştatının Mayami şəhərində baş tutacaq.
Dünya çempionatı, 2024
Pilotların yarışında turnir cədvəli:
- Maks Ferstappen (Red Bull) – 110
- Serxio Peres (Red Bull) – 85
- Şarl Lekler (Ferrari) – 76
- Karlos Sayns (Ferrari) – 69
- Lando Norris (Maklaren) – 58
- Oskar Piastri (Maklaren) – 38
- Corc Rassell (Mersedes) – 33
- Fernando Alonso (Aston Martin) – 31
- Luis Hamilton (Mersedes) – 19
- Lens Stroll (Aston Martin) – 9
- Yuki Tsunoda (Rasinq Bulls) – 7
- Oliver Berman (Ferrari) – 6
- Niko Hulkenberq (Haas) – 4
- Kevin Maqnussen (Haas) – 1
- Aleksander Albon (Uilyams) – 0
- Jou Quanyu (Zauber) – 0
- Daniel Rikkardo (Rasinq Bulls) – 0
- Esteban Okon (Alpin) – 0
- Pyer Qasli (Alpin) – 0
- Valtteri Bottas (Zauber) – 0
- Loqan Sarcent (Uilyams) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Red Bull – 195
- Ferrari – 151
- Maklaren – 96
- Mersedes – 52
- Aston Martin – 40
- Rasinq Bulls – 7
- Haas – 5
- Uilyams – 0
- Alpin – 0
- Zauber – 0