Bu gün gün Formula 1 üzrə dünya çempionatında 2024-cü il mövsümünün növbəti mərhələsi – 11-ci qran-prisi baş tutub.
Arena.az xəbər verir ki, budəfəki qran-pri Avstriyada təşkil olunub.
Şpilberq şəhərindəki yarış sürpriz nəticələrlə yekunlaşıb. Belə ki, ötən mövsümün çempionu, “Red Bull”un üzvü Maks Ferstappen bu yarışı sona çatdıra bilməyib. Buna onun bolidinin “Maklaren”dən olan Lando Norrisin idarə etdiyi avtomobillə toqquşması səbəb olub.
Nəticədə 1-ci yeri “Mersedes”in pilotu Corc Rassel tutub. O, 71 dövrəlik yarışı 1:24:22.798 göstərici ilə yekunlaşdırıb. Bu, Rasselin cari mövsümdəki ilk, karyerası ərzində 2-ci qələbəsidir.
İkinci yeri “Maklaren”in pilotu Oskar Piastri tutub. İlk üçlüyü “Ferrari”nin sürücüsü Karlos Sayns qapayıb.
Beləliklə, 11 turdan sonra 237 xala malik Maks Ferstappen vahid liderdir. Lando Norris (“Maklaren”) 156 xalla 2-ci, Şarl Lekler (“Ferrari”) 150 xalla 3-cü sırada qərarlaşıb.
Mühəndislər Kubokunda da “Red Bull” 355 xalla vahid liderdir. “Ferrari” 291 xalla ikinci, “Maklaren” 268 xalla üçüncüdür.
Formula 1 üzrə dünya çempionatında 2024 mövsümünün növbəti – 12-ci qran-prisi İngiltərədə keçiriləcək. Sözügedən yarış iyulun 7-də Silverstone şəhərində baş tutacaq.
Dünya çempionatı, 2024
Pilotların yarışında turnir cədvəli:
- Maks Ferstappen (Red Bull) – 237
- Lando Norris (Maklaren) – 156
- Şarl Lekler (Ferrari) – 150
- Karlos Sayns (Ferrari) – 135
- Serxio Peres (Red Bull) – 118
- Oskar Piastri (Maklaren) – 112
- Corc Rassell (Mersedes) – 111
- Luis Hamilton (Mersedes) – 85
- Fernando Alonso (Aston Martin) – 41
- Yuki Tsunoda (Rasinq Bulls) – 19
- Lens Stroll (Aston Martin) – 17
- Niko Hulkenberq (Haas) – 14
- Daniel Rikkardo (Rasinq Bulls) – 11
- Oliver Berman (Ferrari) – 6
- Pyer Qasli (Alpin) – 6
- Kevin Maqnussen (Haas) – 5
- Esteban Okon (Alpin) – 3
- Aleksander Albon (Uilyams) – 2
- Jou Quanyu (Zauber) – 0
- Valtteri Bottas (Zauber) – 0
- Loqan Sarcent (Uilyams) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Red Bull – 355
- Ferrari – 291
- Maklaren – 268
- Mersedes – 196
- Aston Martin – 58
- Rasinq Bulls – 30
- Haas – 19
- Alpin – 9
- Uilyams – 2
- Zauber – 0