Formula 1: Ferstappen vətənində də hamıdan güclü oldu

Formula 1 üzrə dünya çempionatında 2022-ci il mövsümü davam edir. Arena.az xəbər verir ki, bu gün mövsümün 15-ci qran-prisi baş tutub.

Zandvortda təşkil olunmuş Niderland qran-prisi də sonuncu dünya çempionu, bu mövsümün lideri olan Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. “Red Bull”un məhz Niderlanddan olan sürücüsü öz vətənində baş tutan və 72 dövrəlik yarışda 1:36:42.773 göstərici ilə birinci olub. Bu, onun cari mövsümdə 10-cu belə zəfəridir.

“Mersedes”in pilotu Corc Rassel ikinci yeri tutub. İlk üçlüyü isə “Ferrari”dən Şarl Lekler qapayıb.

Beləliklə, 15 turdan sonra Maks Ferstappen 310 xalla liderliyini qoruyub. Eyni xala (201) malik Serxio Peres (“Red Bull”) və Şarl Lekler (“Ferrari”) isə 2-3-cü pillələri bölüşdürürlər.

Konstruktorların mübarizəsində də “Red Bull” 511 xalla zirvədə qərarlaşıb. “Ferrari” 376 xalla ikincidir. İlk üçlüyü 346 xalı olan “Mersedes” qapayır.

Formula 1 üzrə dünya çempionatında 2022 mövsümünün növbəti qran-prisi İtaliyada keçiriləcək. Sözügedən yarış sentyabrın 11-də Montsa şəhərində baş tutacaq.

Pilotların yarışında turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 310
  2. Serxio Peres (Red Bull) – 201
  3. Şarl Lekler (Ferrari) – 201
  4. Corc Rassell (Mersedes) – 188
  5. Karlos Sayns (Ferrari) – 175
  6. Luis Hamilton (Mersedes) – 158
  7. Lando Norris (Maklaren) – 82
  8. Esteban Okon (Alpine-Reno) – 66
  9. Fernando Alonso (Alpine-Reno) – 59
  10. Valtteri Bottas (Alfa Romeo) – 46
  11. Kevin Maqnussen (Haas) – 22
  12. Sebastyan Fettel (Aston Martin) – 20
  13. Daniel Rikkardo (Maklaren) – 19
  14. Pyer Qasli (Alfa Tauri) – 18
  15. Mik Şumaxer (Haas) – 12
  16. Yuki Tsunoda (Alfa Tauri) – 11
  17. Jou Quanyu (Alfa Romeo) – 5
  18. Lens Stroll (Aston Martin) – 5
  19. Aleksander Albon (Uilyams) – 4
  20. Nikolas Latifi (Uilyams) – 0

Konstruktorların xal sıralaması:

  1. Red Bull – 511
  2. Ferrari – 376
  3. Mersedes – 346
  4. Alpine-Reno – 125
  5. Maklaren – 101
  6. Alfa Romeo – 51
  7. Haas – 34
  8. Alfa Tauri – 29
  9. Aston Martin – 25
  10. Uilyams – 4