Formula 1: Ferstappendən mövsümün 11-ci zəfəri!

Formula 1 üzrə dünya çempionatında 2022-ci il mövsümü davam edir. Arena.az xəbər verir ki, bu gün mövsümün 16-cı qran-prisi baş tutub.

Montsada təşkil olunmuş İtaliya qran-prisi də sonuncu dünya çempionu, bu mövsümün lideri olan Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. “Red Bull”un niderlandlı sürücüsü 53 dövrəlik yarışda 1:20:27.511 göstərici ilə birinci olub. Bu, onun cari mövsümdə 11-ci belə zəfəridir.

“Ferrari”dən Şarl Lekler ikinci yeri tutub. İlk üçlüyü isə “Mersedes”in pilotu Corc Rassel qapayıb.

Beləliklə, 16 turdan sonra Maks Ferstappen 335 xalla liderliyini qoruyub. Şarl Lekler 219 xalla ikinci sırada qərarlaşıb. 210 xala malik Serxio Peres (“Red Bull”) isə üçüncüdür.

Konstruktorların mübarizəsində də “Red Bull” 545 xalla zirvədə qərarlaşıb. “Ferrari” 406 xalla ikincidir. İlk üçlüyü 371 xalı olan “Mersedes” qapayır.

Formula 1 üzrə dünya çempionatında 2022 mövsümünün növbəti qran-prisi Sinqapurda keçiriləcək. Sözügedən yarış oktyabrın 2-də bu ölkənin eyniadlı şəhərində baş tutacaq.

Pilotların yarışında turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 335
  2. Şarl Lekler (Ferrari) – 219
  3. Serxio Peres (Red Bull) – 210
  4. Corc Rassell (Mersedes) – 203
  5. Karlos Sayns (Ferrari) – 187
  6. Luis Hamilton (Mersedes) – 168
  7. Lando Norris (Maklaren) – 88
  8. Esteban Okon (Alpine-Reno) – 66
  9. Fernando Alonso (Alpine-Reno) – 59
  10. Valtteri Bottas (Alfa Romeo) – 46
  11. Kevin Maqnussen (Haas) – 22
  12. Pyer Qasli (Alfa Tauri) – 22
  13. Sebastyan Fettel (Aston Martin) – 20
  14. Daniel Rikkardo (Maklaren) – 19
  15. Mik Şumaxer (Haas) – 12
  16. Yuki Tsunoda (Alfa Tauri) – 11
  17. Jou Quanyu (Alfa Romeo) – 6
  18. Lens Stroll (Aston Martin) – 5
  19. Aleksander Albon (Uilyams) – 4
  20. Nik de Vris (Uilyams) – 2
  21. Nikolas Latifi (Uilyams) – 0
  22. Niko Halkenberq (Uilyams) – 0

Konstruktorların xal sıralaması:

  1. Red Bull – 545
  2. Ferrari – 406
  3. Mersedes – 371
  4. Alpine-Reno – 125
  5. Maklaren – 107
  6. Alfa Romeo – 52
  7. Haas – 34
  8. Alfa Tauri – 33
  9. Aston Martin – 25
  10. Uilyams – 6