Formula 1 üzrə 2021 mövsümünün Fransa qran-prisi keçirilib. Arena.az xəbər verir ki, çempionatın 7-ci mərhələsi “Red Bull”un Niderlanddan olan pilotu Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Birinci olan Maks, liderliyini daha da möhkəmləndirib.
Ferstappenin əsas izləyicisi, “Mersedes”in pilotu Luis Hamilton bu dəfə ikinci yeri tutub. İlk üçlüyü “Red Bull”un Meksikadan olan pilotu Serxio Peres qapayıb. Halbuki ki, o, Bakıda baş tutan bundan əvvəlki mərhələnin, Azərbaycan qran-prisinin qalibi olmuşdu.
Mövsümün geridə qalan 7 qran-prisinin yekununa əsasən, Ferstappen 131 xalla birinci, Hamilton isə 119 xalla ikinci pillədəki mövqeyini qoruyub. Serxio Peres isə 84 xalla üçüncüdür.
Konstruktorların mübarizəsində də “Red Bull” öndədir. Hazırda bu komandanın hesabında 215 xal var. İkinci pillədəki “Mercedes”in isə 178 xalı var. 94 xalı olan “Ferrari” ilk üçlüyü tərk edib. Əvəzində “Maklaren Mersedes” 110 xalla ilk üçlüyü qapayır.
Formula 1-də mövsümün növbəti – sayca 8 və 9-cu qran-priləri Avstriyada baş tutacaq. 8-ci qran-pri iyunun 27-də, 9-cu qran-pri isə iyulun 4-də keçiriləcək.
Pilotların yarışında ilk 10-luq:
- Maks Ferstappen (Red Bull) – 131
- Luis Hamilton (Mersedes) – 119
- Serxio Peres (Red Bull) – 84
- Lando Norris (Maklaren) – 76
- Valtteri Bottas (Mersedes) – 59
- Şarl Lekler (Ferrari) – 52
- Karlos Sayns (Ferrari) – 42
- Pyer Qasli (Alfa Tauri) – 37
- Daniel Rikkardo (Maklaren) – 34
- Sebastyan Fettel (Aston Martin-Mersedes) – 30
Konstruktorların xal sıralaması:
- Red Bull Rasinq-Honda – 215
- Mersedes – 178
- Maklaren-Mersedes – 110
- Ferrari – 94
- Alfa Tauri-Honda – 45
- Aston Martin-Mersedes – 40
- Alpine-Reno – 29
- Alfa Romeo-Ferrari – 2
- Uilyams-Mersedes – 0
- Haas-Ferrari – 0