Formula 1: Maks Ferstappen yeni mövsümə də qələbə ilə başladı

Bu gün Formula 1 üzrə dünya çempionatında 2024-cü il mövsümünə start verilib və ilk qran-pri yarışı baş tutub.

Arena.az xəbər verir ki, yeni mövsümün ilk qran-prisi Bəhreyndə təşkil olunub.

Bəhreyn qran-prisi ötən mövsümün çempionu, “Red Bull”un üzvü Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlanddan olan 26 yaşlı pilot 57 dövrəlik yarışı 1:31:44.742 göstərici ilə ilk sırada bitirib. Bu, onun karyerasında 55-ci qələbəsidir.

“Red Bull”un digər üzvü Serxio Peres Bəhreyndə ikinci yeri tutub. “Ferrari”nin pilotu Karlos Sayns üçüncü yerlə kifayətlənib.

Beləliklə, ilk turdan sonra 26 xala malik Maks Ferstappen liderliyi ələ keçirib. Onun komanda yoldaşı Serxio Peres 18 xalla ikincidir. İlk üçlüyü 15 xalı olan Karlos Sayns qapayır.

Mühəndislər Kubokunda da “Red Bull” 44 xalla ilk turdan liderdir. “Ferrari” 27 xalla ikinci, “Mersedes” 16 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatında 2024 mövsümünün növbəti – 2-ci qran-prisi Səudiyyə Ərəbistanında keçiriləcək. Sözügedən yarış martın 9-da Ciddə şəhərində baş tutacaq.

Dünya çempionatı, 2024

Pilotların yarışında turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 26
  2. Serxio Peres (Red Bull) – 18
  3. Karlos Sayns (Ferrari) – 15
  4. Şarl Lekler (Ferrari) – 12
  5. Corc Rassell (Mersedes) – 10
  6. Lando Norris (Maklaren) – 8
  7. Luis Hamilton (Mersedes) – 6
  8. Oskar Piastri (Maklaren) – 4
  9. Fernando Alonso (Aston Martin) – 2
  10. Lens Stroll (Aston Martin) – 1
  11. Jou Quanyu (Zauber) – 0
  12. Kevin Maqnussen (Haas) – 0
  13. Daniel Rikkardo (Rasinq Bulls) – 0
  14. Yuki Tsunoda (Rasinq Bulls) – 0
  15. Aleksander Albon (Uilyams) – 0
  16. Niko Hulkenberq (Haas) – 0
  17. Esteban Okon (Alpin) – 0
  18. Pyer Qasli (Alpin) – 0
  19. Valtteri Bottas (Zauber) – 0
  20. Loqan Sarcent (Uilyams) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Red Bull – 44
  2. Ferrari – 27
  3. Mersedes – 16
  4. Maklaren – 12
  5. Aston Martin – 3
  6. Zauber – 0
  7. Haas – 0
  8. Rasinq Bulls – 0
  9. Uilyams – 0
  10. Alpin – 0